EN

AzÉ™rbaycanda tanınmış hÉ™kim vÉ™fat etdi – FOTO

Uzun illər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmmədov adına xəstəxananın Oftalmoloji şöbəsində çalışan Tapdıq Məmmədov vəfat edib.

KONKRET.az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanası məlumat yayıb.

Bildirilib ki, Tapdıq Qara oğlu Məmmədov 1960-cı ildə Gəncə şəhərində anadan olub. 1983-cü ildən Oftalmoloji şöbədə fəaliyyət göstərib. 1998-2006-cı illərdə isə şöbənin müdiri vəzifəsində çalışıb.

Gəncə səhiyyəsində böyük xidmətləri olan Tapdıq Məmmədov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Chosen
9
17
konkret.az

10Sources