EN

Azərbaycanda mehmanxana tipli obyektlərin gəlirləri 5%-dən çox artıb

2025-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 5,5 faiz artaraq 494,2 milyon manat olub.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bunun 62,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,8 faizi ictimai iaşə xidmətlərindən, 2,8 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2025-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 25,0 faiz olmuşdur (2024-cü ilin yanvar-sentyabr aylarında 24,8 faiz). Bu göstərici Şabranda 46,9 faiz, Naftalanda 46,7 faiz, Bakıda 36,9 faiz, Qusarda 33,4 faiz, Sabirabadda 27,4 faiz, Lənkəranda 23,4 faiz, Qəbələdə 22,8 faiz, Qubada 21,8 faiz, Şamaxıda 21,6 faiz, Bərdədə 19,4 faiz, Biləsuvarda 18,2 faiz, Qaxda 17,4 faiz, Xaçmazda 16,5 faiz, Laçında 16,4 faiz, digər şəhər və rayonlarda isə 16,4 faizdən aşağı olmuşdur.

Chosen
32
5
teleqraf.com

6Sources