EN

Dabaq panikası restoran menyularını dəyişdiribmi? 

“Müştərilər bilir ki, təqdim etdiyimiz ət xörəkləri tam təhlükəsizdir".

Bunu “Yeni Sabah”a restorator Mahir Əhmədzadə bildirib.

O, dabaq xəstəliyinin yayılması ilə bağlı restoran və şadlıq evlərində menyuların dəyişib-dəyişməməsinə aydınlıq gətirib: Marqarita pizza

“Bizim üçün müştərilərimizin sağlamlığı və etibarı hər şeydən stündür. Restoranlarımızda istifadə olunan bütün ət məhsulları yalnız rəsmi baytarlıq nəzarətindən keçmiş, sertifikatlı və etibarlı təsərrüfatlardan alınır. Hər bir məhsulun mənşəyi və keyfiyyəti diqqətlə yoxlanılır, sanitar-gigiyenik tələblərə ən yüksək səviyyədə əməl olunur”.

M. Əhmədzadə qeyd edib ki, hazırda sifarişlərdə və menyularda ciddi dəyişiklik müşahidə edilmir:

“Müştərilərimiz bilirlər ki, təqdim etdiyimiz ət yeməkləri tam təhlükəsizdir. Daim şəffaflıq və məsuliyyət prinsipləri ilə işləyirik”.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
31
yenisabah.az

1Sources