EN

Zaxarova: “Makron hərbçiləri Ukraynaya yox, Fransa muzeylərinə göndərsə, daha yaxşı olardı”

“Makron (Fransa Prezidenti Emmanuel Makron - red.) qoşunlarını Ukraynaya deyil, Fransa muzeylərini qorumağa göndərməlidir ki, Luvrda baş verənlər yaşanmasın.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova teleqram kanalında yazıb.

O, Fransanın Ukraynaya hərbi kontingent göndərməsi ilə bağlı Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına münasibət bildirib.

“2025-ci ilin məlumatına görə, Fransada 1123 muzey var. Daxili təhlükəsizlik və asayişin ağır vəziyyətini nəzərə alsaq, Makron bu mədəniyyət obyektlərini qorumaq, Luvrda baş verənlərdən qaçmaq üçün bu əsgərlərdən ikisini göndərsəydi, daha yaxşı olardı”.

Xatırladaq ki, oktyabrın 19-u Fransada naməlum şəxslər Luvr muzeyinə daxil olaraq cəmi yeddi dəqiqə ərzində imperator Napoleonun kolleksiyasına daxil olan 9 əşyanı oğurlayıblar. Həmin əşyaların ümumi dəyəri 88 milyon avro qiymətləndirilir. Ötən həftə Luvr muzeyindən 88 milyon avroluq, Maarifçilik evindən (Didro muzeyi) isə 90 min avroluq eksponatlar oğurlanıb.

Bizim.Media

Chosen
59
8
bizim.media

9Sources