Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Japan Airlines turistləri Yaponiyanın az tanınan bölgələrini kəşf etməyə həvəsləndirmək üçün 60-dan çox daxili istiqamətə pulsuz uçuş kampaniyası başladıb. Lakin bu fürsətdən istifadə üçün müəyyən şərtlər var.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, aksiya yalnız Japan Airlines ilə iki istiqamətli beynəlxalq bilet alan sərnişinlərə şamil olunur. Əgər bronlama zamanı daxili reys də əlavə edilərsə, həmin daxili uçuş pulsuz olacaq.
Bu təşəbbüs paytaxt bölgələrində, xüsusən Tokio və Kiotoda turizm sıxlığını azaltmaqla yanaşı, ölkənin daha az ziyarət olunan regionlarında turizmin inkişafına dəstək vermək məqsədi daşıyır.
Kampaniya ABŞ, Kanada, Meksika, Avstraliya, Yeni Zelandiya, Tailand, Sinqapur, Vyetnam, Filippin, İndoneziya, Hindistan, Çin və Tayvandan gələn sərnişinlər üçün keçərlidir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.