EN

Aİ-də anti-Ukrayna alyansını yaratmaq PLANI

Yazını böyüt
Yazını kiçilt

Macarıstan Avropa İttifaqında (Aİ) anti-Ukrayna alyansı yaratmaq üçün Çexiya və Slovakiya ilə səylərini birləşdirmək niyyətindədir.

Hafta.az xəbər verir ki, bu barədə "Politico" nəşri Macarıstan Baş nazirinin müşaviri Balaj Orbana istinadla yazıb.

Müşavirin sözlərinə görə, belə bir alyansın yaradılması ehtimalı olduqca yüksəkdir:

"Macarıstan Avropa İttifaqında Ukraynaya skeptik münasibət bəsləyən bir alyans yaratmaq üçün Çexiya və Slovakiya ilə səylərini birləşdirməyə çalışır".

Balaj Orban bildirib ki, alyans hələ tam formalaşmasa da, onun yaradılması Aİ-nin Kiyevə maliyyə və hərbi dəstək göstərmək səylərinə əhəmiyyətli dərəcədə əngəl törədə bilər.

Macarıstanın Baş naziri Viktor Orban müttəfiqləri ilə Ukraynaya dair mövqelərini Aİ-nin dekabr sammitinə qədər uzlaşdıracaqlarına ümid edir.

Chosen
6
1
hafta.az

2Sources