Skott Maktominey Neapoldakı həyatından xoşbəxt deyil.

Offsideplus.az xəbər verir ki, şotlandiyalı futbolçu İngiltərə Premyer Liqasına qayıtmağı planlaşdırır.

Bu barədə "The Sun" məlumat yayıb.

S. Maktominey 2024-cü ilin yayında "Napoli"yə transfer olunub. Neapol təmsilçisi onun üçün "Mançester Yunayted"ə 30 milyon avro ödəyib.

O, burada 46 oyunda 17 qol vurmağı bacarıb.