Uzun illər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmmədov adına xəstəxananın Oftalmoloji şöbəsində çalışan Tapdıq Məmmədov vəfat edib.
Â
Bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanası məlumat yayıb.
Â
Bildirilib ki, Tapdıq Qara oğlu Məmmədov 1960-cı ildə Gəncə şəhərində anadan olub. 1983-cü ildən Oftalmoloji şöbədə fəaliyyət göstərib. 1998-2006-cı illərdə isə şöbənin müdiri vəzifəsində çalışıb.
Â
Gəncə səhiyyəsində böyük xidmətləri olan Tapdıq Məmmədov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib./metbuat.az
Â

Tarix: 28 Oktyabr 2025, 14:00Â Â Â