EN

Xocalıya növbəti köç karvanı YOLA SALINDI

Ajans.az xəbər verir ki, bu mərhələdə Ballıca kəndinə 13 ailə - 51 nəfər, Təzəbinə kəndinə 17 ailə - 72 nəfər, Badara kəndinə isə 17 ailə - 62 nəfər köçürülür. Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Chosen
13
19
Ajans.az

10Sources