EN

Tramp Azərbaycandan danışdı: Buna son qoydum… KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Səkkiz ay ərzində 8 müharibəyə son qoydum.

KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Səkkiz ay ərzində səkkiz müharibəyə son qoydum. Tanıdığımız prezidentlərdən heç biri müharibələrə son qoymayıb, onların çoxu müharibələrə başlayır. Buraya Kosovo və Serbiya, Konqo və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan daxildir və məhz bu ay Yaxın Şərqdə Qəzzada müharibəyə son qoyduq”, – o bildirib.

O əlavə edib ki, bu yaxınlarda Malayziyada Kamboca ilə Tayland arasında müqavilə imzalanıb:

“Milyonlarla insanın həyatını xilas etdik və əsasən sözlə hərəkət etməyi bacardıq. Tariflər və ticarət “müharibələrə son qoymaqda” əsas vasitələrə çevrildi”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
8
konkret.az

9Sources