EN

Zelenski Putinlə görüş şərtiniaçıqladı

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putin və ABŞ-nin keçmiş lideri Donald Tramp ilə üçtərəfli görüşə hazır olduğunu bildirib. Lakin o, belə bir görüşün Rusiya və Belarusda keçirilməsinin mümkün olmadığını vurğulayıb.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Zelenskinin sözlərinə görə, görüş sülh prosesini irəli aparacaqsa, o, istənilən neytral ölkədə danışıqlara razıdır:
“Əgər bu üçtərəfli görüş müharibənin başa çatdırılması ilə bağlı olacaqsa, biz hazırıq — harada olmasından asılı olmayaraq. Amma, əlbəttə ki, Rusiya Federasiyasında və ya Belarusda yox”, – deyə o bildirib.

Ukrayna lideri, hətta görüşün Macarıstanda keçirilməsinə də müsbət yanaşdığını qeyd edib, əgər bu, sülhə bir addım yaxınlaşdıracaqsa.

Nuriyyə NATİQQIZI

Chosen
35
redaktor.az

1Sources