EN

Kseniya Sobçak Paşinyan haqqında zarafat etdi

Ajans.az xəbər verir ki,Sobçak Telegram kanalında siyasətçiyə məşhur rus müğənnisi Mixail Kruqun mahnısına video çəkməyi təklif edib. “O, nəhayət Mixail Kruqu ifa edəcəkmi, yoxsa hələ gözləməliyik? Başa düşmürəm”, – deyə jurnalist zarafatla yazıb. Oktyabrın 28-i səhər Paşinyan Telegram kanalında Destiny’s Child qrupunun “Survivor” mahnısının müşayiəti ilə video paylaşıb. Kadrlarda baş nazir kameraya baxır, daha sonra papaq taxaraq əllərini ürək formasında birləşdirir.

Videonun altına siyasətçi belə qeyd yazıb: “Sabahınız xeyir, gününüz xoş keçsin və hamınıza sevgilər.”

Chosen
11
Ajans.az

1Sources