EN

Bakı bazarlarında balıq da bahalaşdı

Bakıda mal ətinin bahalaşmasının ardınca digər bir sıra məhsulların da qiymətində ciddi artım müşahidə olunur.

Modern.az xəbər verir ki, bazarlarda balığın da satış qiyməti artıb. Qiymətlərlə tanış olan əməkdaşımız balığın son günlər 2-3 manat bahalaşdığını müşahidə edib.

Məsələn, bir-iki həftə öncə 10-11 manata satılan "Forel” balığı indi 12-13 manata təklif olunur.

"Çəki” ("Sazan”), "Kütüm”, "Xəşəm”, "Kefal”, Ağ amur” ("Belamur”), "Xanı" və digər daha çox alınan balıqların da qiymətində ən azı 1-2 manat artım baş verib.

Chosen
34
14
demokrat.az

10Sources