Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın Alyaskada keçirilən Rusiya-Amerika sammitində əldə edilən prinsiplərə sadiq qalacağına ümid etdiyini bildirdi. Onun sözlərinə görə, avropalılar hazırda ABŞ administrasiyasını danışıqlar yolu ilə həll ideyasından imtina etməyə inandırmağa çalışırlar.