EN

Bakıda BIAF 2025 Bakı Beynəlxalq İncəsənət Festivalının mətbuat konfransı keçirilib

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paytaxtda Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF 2025) rəsmi təqdimatına həsr olunan dəyirmi masa keçirilib.

BAKU.WS xəbər verir ki, ədbirdə aparıcı incəsənət xadimləri, həmçinin yerli və beynəlxalq KİV təmsilçiləri iştirak ediblər. Tədbir zamanı ilk dəfə keçirilən festivalın missiyası, proqramı və əsas hadisələri təqdim olunub.

Festival çərçivəsində Bakının aparıcı səhnələrində dünya şöhrətli rejissorlar, xoreoqraflar və teatrların tamaşaları təqdim olunacaq. Onlar arasında Şaron Eyal, Rober Lepaj, Daniyele Finzi Paska, Yan Lipin, Giyom Koté, RimasTuminas və Geshar Teatrı, həmçinin digər görkəmli sənətkarlar yer alır.

Dəyirmi masanın iştirakçıları Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Bakı Beynəlxalq İncəsənət Festivalının səfiri Fuad İbrahimov, BIAF Fəxri Səfiri, müğənni və bəstəkar Aysel Məmmədova, ssenarist, dramaturq İsmayıl İmanov olub.

Təqdimatda xüsusi olaraq Bakıda tamaşaçıların dünyada ilk dəfə görəcəyi önəmli tamaşalara diqqət yetirilib. Onlardan biri, dünya şöhrətli rəqqas və xoreoqraf Şaron Eyal-ın Delaythe Sadness əsəridir. Eyal-ın yeni işinin premyerası sentyabr ayında Almaniyanın Ruhr triennalında(musiqi və incəsənət festivalı) baş tutmuş və ikinci olaraq BIAF qonaqları tərəfindən izləniləcək.

Qeyd edək ki, festival 31 oktyabr - 16 noyabr 2025-ci il tarixində Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
65
2
baku.ws

3Sources