EN

Dünya Bankı 2028-ci ilə qədər Azərbaycanda inflyasiyanın zəifləyəcəyini gözləyir

Bakı. Trend:

Dünya Bankı qarşıdakı 3 il ərzində Azərbaycanda inflyasiyasəviyyəsinin tədricən aşağı düşəcəyini - 2025-ci ildə 4,6 faizəqədər, 2026-cı ildə 3 faizə və 2027-ci ildə 2,8 faizə enəcəyiniproqnozlaşdırıb.

Bu barədə Trendbanka istinadla xəbər verir.

Müqayisə üçün, son illərdə ölkədə inflyasiya göstəriciləridəyişkən olub: 2021-ci ildə 6,7 faiz, 2022-ci ildə 13,8 faiz,2023-cü ildə 9 faiz və 2024-cü ildə 2,1 faiz təşkil edib.

“2025-ci ilin qalan dövründə inflyasiyanın azalma tendensiyasınıdavam etdirəcəyi və Mərkəzi Bankın hədəf diapazonunda (4 ± 2 faiz)qalacağı gözlənilir. İnflyasiyanın pik səviyyəsi artıq geridə qalıbvə əhəmiyyətli xarici şoklar baş vermədiyi halda göstəricinintədricən azalaraq orta müddətli perspektivdə AMB-nin hədəfparametrləri çərçivəsində qalacağı gözlənilir.

Əgər inzibati qiymətlərin kəskin artımı baş verməzsə, daxilitələbin zəifləməsi fonunda inflyasiyanın 2026–2027-ci illərdə ortahesabla 2,9 faizədək azalacağı proqnozlaşdırılır”, – deyə DünyaBankının hesabatında qeyd olunur.

Məqalədə:
Chosen
38
az.trend.az

1Sources