EN

“Niyə Vətən Müharibəsi iştirakçısını öldürmək istəyirlər?” “HÜRRİYYƏT”ə MƏKTUB

ain.az, Hurriyyet saytına istinadən bildirir.

Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 2, mənzil 6 ünvanında qeydiyyatda olan Vətən Müharibəsi iştirakçısı Mustafayev Mustafa Cüməli oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Ailə üzvlərimlə birlikdə  Maştağa qəsəbəsi, İSMD – 32, EV 2 ünvanında yaşayıram. Ailədə  2 azyaşlı nəvələrim var.

Qonşumuz  İsmayılov Şəmistan Qamət oğlu yaşının çox olmasından istifadə edir, özünü qeyri-normal idarə edir. Mənə aid mənzilin pilləkənin lomla slndırıb küçəyə düzür, yolu bağlayır, küçədə yanğın törədir, bu küçədə hər hər kəsə fiziki güc nümayiş etdirir. Qonşular hamı narazıdı. Amma gücləri çatmır. Arxası güvəndiyi Vəkillər Kollegiyasının sədi Anar Bağırovdur. Əlində olan bel ilə mənə, ailə üzvülərimə hücum edir. Əlində olan lom kəsici alətlə mənə məxsus qapıya zərbələr endirir və bildirir ki, biz onun yaşayışına mane oluruq.

Yaşının 70 dən çox olmasını nəzərə  alıb Şəmistana mən fiziki güc göstərmirəm və dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etmişəm. 102 xidmətinə zəng etmişəm. İki gün, üç  gün polis idarəsi saxlanıldıqdan sonra sərbəst buraxılır və cinayətkar əməllərini davam etdirir.

Lom ilə mənə məxsus mənzilin qapısısını əzib, yararsız vəziyyətə salıb. Sonradan bu küçədə ev aldığına görə Vətən Müharibəsi İştirakçısı olduğumu bilib. Bunu bildikdən sonra erməninin qisasısını almağda başlayıb və davam edir.

Polis idarəsindən tez bir zamanda azadlığa çıxmasının səbəbi də oğlu İsmayılov Yaşar Şəmistan oğlunun Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olmasıdır.

Evdə azyaşlı nəvələrim qorxudan bayıra çıxa bilmir. Danışıq nitqini unudurlar. Qorxu təziq altında yaşayırlar. Yaşını nəzərə alıb müalicəyə aparmaq əvəzinə Rayon Polis İdarəsinin əməkdaşları oğlu Yaşar İsmayılova görə bizə bu əziyyəti verirlər, yaşadlrlar. Cinayətkar əməllərini davam etməkdə olan Şəmistan İsmayılova Vəkillər Kollegiyasının sədri Anar Bağırovun təyin etdiyi sıradan bir vəkilə arxalanır.

Hüquq mühafizə orqanları guya bu  cinayəti görmür və ya   göz yumur. Şikayəti obyektiv, ətraflı araşdırmaqda maraqlı deyillər. Hər hansı bir cinayət hadisəsini baş verməsini gözləyirlər. Münaqişəli qonşular kimi qeydə almaqdan başqa, ayrı bir tədbir görməyiblər.

Vəkillər Kollegiyasının sədri Anar Bağırova kim bu səlahiyyəti verib? Ölkə rəhbəri qeyd edir ki, Qazilər baş tacıdır. Amma hazırda ölkə rəhbərinin siyasi kursuna tam zidd hərəkət edən Şəmistan və Yaşar ismayılovlara heç bir hüquq mühafizə orqanının gücü çatmır.

Aidiyyəti orqanlardan ətraflı araşdırmağı xahiş edirəm. Bunlar kimdir? Niyə Vətən Müharibəsi iştirakçısını öldürmək istəyirlər? Niyə erməninin qisasısını almağaçalışırlar və Şəmistan İsmayılov kimdir?

Prezidentin hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, hörmətli Fuad Ələsgərova müraciət etsəm də, heç bir nəticəsi olmayıb.

Cəbhə yoldaşlarım dəfələrlə yığışıb münaqişəni həll etməyə çalışsalar da, ölkə rəhbərliyinə olan hörmətə görə onların mübahisə etməsinə imkan verməmişəm. Şəmistan İsmayılov yaşlı olduğu üçün fiziki güc nümayiş etdirə bilmirəm. Küçədə sərhəddən kənar, öz səviyyəsində söyüşlər, təhqirlər, hədələr etməklə oğluna sığınır və cınayətkar əməllərini davam etdirir.

Sizdən xahiş edirəm, müraciətimi işıqlandırasınız, hadisə yerinə çəkiliş göndərəsiniz. Mənə dəymiş ziyanın bərpa olunmasında yardımçı olasınız”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
1
hurriyyet.az

2Sources