Bakı. Trend:
Beynəlxalq əməkdaşlıq və təhsil təşəbbüsləri çərçivəsində
Şimali Kipr sığorta sektoru Türkiyə, Türk Dövlətləri Təşkilatı vəAvropa ölkələri ilə beynəlxalq əməkdaşlığa açıqdır.
Trendxəbər verir ki, bunu bu gün Şimali Kipr Sığorta və TəkrarsığortaŞirkətləri Birliyinin sədri Börte Barlasoğlu Bakıda keçirilən "TürkDövlətləri InsurTech Sammiti 2025"də çıxışı zamanı deyib.
O bildirib ki, Şimali Kipr Türk Respublikası sığorta sektorunungələcəyi üçün bir sıra addımların atılmasını zəruri hesab edir:"Məsələn, rəqəmsallaşma və mərkəzləşdirilmiş məlumat bazasınıngenişləndirilməsi, telematik və davranış əsaslı məhsullarıntətbiqi, süni intellektlə zərərin avtomatik qiymətləndirilməsi,yeni texnologiyaların sağlamlıq sığortasına inteqrasiyası, mobilsığorta tətbiqlərinin genişləndirilməsi kimi yeniliklər nəzərdətutulur".
O qeyd edib ki, beynəlxalq əməkdaşlıq və təhsil təşəbbüsləriçərçivəsində Şimali Kipr sığorta sektoru Türkiyə, Türk DövlətləriTəşkilatı və Avropa ölkələri ilə beynəlxalq əməkdaşlığa açıqdır:"Məqsəd həm qanunvericilik, həm texnoloji infrastruktur baxımındanortaq platformalar qurmaq və Şimali Kipr Türk Respublikasınıregional rəqəmsal sığortacılıq mərkəzinə çevirməkdir.
Bundan əlavə, sığorta işçiləri üçün rəqəmsal transformasiya,aktual elmi, məlumat analitikası və müştəri təcrübəsi sahələrindətəlim proqramları hazırlanır. Universitetlərlə əməkdaşlıqçərçivəsində InsurTech startap proqramlarının təşkili dəplanlaşdırılır".
"Nəticə etibarilə, Şimali Kipr Türk Respublikasında sığortasektoru ənənəvi modellərdən rəqəmsal və analitik əsaslı müasirsistemə keçərək regionun ən şəffaf və innovativ sığortabazalarından birinə çevrilməkdədir", - o vurğulayıb.