EN

Məşhur aktyor Epşteynlə əlaqədə ittiham olunur

Ajnas.az xəbər verir ki,bu barədə TMZ nəşri Epşteynin qurbanı kimi tanınan Virciniya Giuffre-nin “Nobody’s Girl: A Memoir of Surviving Abuse and Fighting for Justice” (“Heç kimin qızı: zorakılıqdan sağ çıxmaq və ədalət uğrunda mübarizə xatirələri”) adlı kitabına istinadən məlumat yayıb. Giuffre xatirələrində Kluninin Epşteyn və onun köməkçisi Ghislaine Maxwell ilə dostluğundan bəhs edib. Onun sözlərinə görə, Maksvel bir dəfə əyləncə zamanı aktyorla cinsi əlaqədə olması ilə öyünüb. Giuffre-nin təcavüz və istismar təcrübələrini əks etdirən xatirələri oktyabrın sonunda nəşr olunub. Qeyd olunur ki, o, kitabın çapından sonra dünyasını dəyişib. Bundan əvvəl Giuffre iddia etmişdi ki, 2001-ci ildə – 17 yaşında olarkən – Epşteyn onu Britaniya şahzadəsi Endryu ilə üç dəfə cinsi əlaqəyə məcbur edib. Corc Kluninin nümayəndələri iddialara cavab verərək bildiriblər ki, aktyor Ghislaine Maksveli tanımır və adının bu qalmaqala qarışmasından “son dərəcə narazıdır”.

 

Chosen
27
Ajans.az

1Sources