EN

AXA: Dövlət Reyestrinə yeni sortlar və cinslər daxil edilib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 28 oktyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə sınaqdan keçirilmiş və nəticələri qənaətbəxş hesab edilmiş müxtəlif bitki və heyvan növləri üzrə ümumilikdə 411 ədəd seleksiya nailiyyətindən 376 seleksiya nailiyyətinin ölkə ərazisində istifadəsinə icazə verilib. 35 seleksiya nailiyyəti isə patent hüququ verilməklə qeydiyyata alınaraq “Azərbaycan Respublikasının ərazisində istifadəsinə icazə verilmiş, həmçinin patentlə mühafizə olunan bitki sort və hibridlərinin Dövlət Reyestri”nə daxil edilib.

Bu barədə AZƏRTAC-a Aqrar Xidmətlər Agentliyindən (AXA) məlumat verilib.

Bildirilib ki, bununla da Dövlət Reyestrinin 2025-ci ilə olan vəziyyəti təqdim olunub və fermerlərin ölkə ərazisində yeni və daha məhsuldar bitki sortları və heyvan cinslərinin siyahısına əlçatanlığı təmin edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
7
azertag.az

8Sources