ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Malayziya Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) sədrliyi Filippinə verib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.
Malayziyanın Baş naziri Ənvər İbrahim sammitin bağlanış mərasimində ASEAN-a sədrliyin rəmzi olan taxta çəkici Filippin Prezidenti Ferdinand Markosa təqdim edib.
"2026-cı ildə biz dialoq, sülh və sabitliyi, habelə beynəlxalq hüquqa, ənənəvi və qeyri-ənənəvi təhlükəsizlik məsələlərinin həllində əməkdaşlığın möhkəmləndirilməsinə sadiqliyimizi müdafiə etməyə davam edəcəyik", - deyə Filippin prezidenti bildirib.
ASEAN sammiti oktyabrın 26-28-də Kuala-Lumpurda keçirilib.
1967-ci ildə təsis edilmiş ASEAN öz sıralarında Cənub-Şərqi Asiyanın 11 ölkəsini - Bruney, Vyetnam, Şərqi Timor, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand və Filippini birləşdirir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.