EN

Böyrəyi üçün evləndi, amma sevginiTAPDI

Çində qeyri-adi, lakin bir o qədər də duyğulandırıcı hadisə baş verib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, uremiyadan (böyrək çatışmazlığı) əziyyət çəkən qadın xəstəlik səbəbindən xərçəng xəstəsi olan kişi ilə evlənib, məqsədi onun böyrəyini almaq olub.

Məlumata görə, 2014-cü ildə Şensi əyalətində yaşayan 24 yaşlı Van Syaoya həkimlər uremiya diaqnozu qoyub və böyrək köçürülməsi olmadıqda, onun cəmi bir il ömrü qaldığını bildiriblər. Ailəsində uyğun donor tapılmadığı üçün qadın sosial şəbəkədə xərçəng xəstələrinin olduğu qrupda elan yerləşdirib və böyrəyini bağışlamağa razı olacaq bir kişi ilə evlənmək istədiyini yazıb.

Bir neçə gün sonra 27 yaşlı Yuy Tsyanpin adlı, residivləşən miyelomadan əziyyət çəkən kişi onun elanına cavab verib. Qan qrupları uyğun gəldiyi üçün onlar iyul ayında evləniblər. Əvvəlcə bu, qarşılıqlı razılaşmaya əsaslanan bir qərar idi — kişi ölərsə böyrəyini xanımına bağışlayacaq, qadın isə ona və atasına qulluq edəcəkdi.

Lakin zaman keçdikcə bu razılaşma gerçək sevgi münasibətinə çevrilib. Van Syao həyat yoldaşına sümük iliyi əməliyyatı üçün pul toplamaqda kömək edib. Əməliyyatdan sonra Yuyun səhhəti stabilləşib, qadının vəziyyəti isə xeyli yaxşılaşıb. Hətta həkimlər Vanın artıq böyrək köçürülməsinə ehtiyac duymaya biləcəyini bildiriblər.

Hazırda cütlük evlidir, birlikdə yaşayır və çiçək mağazası işlədərək həyatlarına yeni bir səhifə açıb.

Nuriyyə NATİQQIZI

Chosen
23
1
redaktor.az

2Sources