EN

XİN rəhbəri: Macarıstan Rusiyayla enerji əməkdaşlığını davam etdirəcək

BAKI, 28 oktyabr. TELEQRAF

Macarıstan öz enerji təhlükəsizliyini təmin etmək məqsədilə Rusiya ilə əməkdaşlığı davam etdirəcək və ABŞ-nin Rusiya şirkətlərinə qarşı tətbiq etdiyi yeni sanksiyalardan sonra yaranmış vəziyyəti Vaşinqtonla müzakirə edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Minskdə keçirilən "Avrasiya Təhlükəsizliyi" üzrə beynəlxalq konfrans çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra bildirib.

"Biz ölkəmizin enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edirik. Rusiya tərəfi bunun üçün əməkdaşlığa hazırdır. Bu məsələni gələn həftə amerikalılarla da müzakirə edəcəyik",- o qeyd edib.

Nazirin sözlərinə görə, noyabrın əvvəlində Macarıstan Baş naziri Viktor Orban Vaşinqtona səfər edəcək və orada ABŞ Prezidenti Donald Trampla görüşəcək:

"Bizim əsas məqsədimiz Macarıstanın enerji təchizatının təhlükəsizliyini qorumaqdır. ABŞ ilə aparılacaq danışıqlar da bu istiqamətdə olacaq. Enerji təchizatı ilə bağlı qərarlar qəbul edilərkən geosiyasi və coğrafi reallıqların nəzərə alınması təbiidir".

Xatırladaq ki, hazırda Macarıstan neft və qazın əsas hissəsini Rusiyadan alır və Rusiya şirkətləri ilə uzunmüddətli müqavilələrə malikdir.

Chosen
25
teleqraf.com

1Sources