EN

"Bolmart” supermarketlər şəbəkəsi bağlandı - AÇIQLAMA

Sosial şəbəkələrdə “Bolmart” supermarketlər şəbəkəsinin bağlandığı ilə bağlı məlumatlar yayılıb.

 
İstifadəçilər mağazalara üz tutduqlarını, lakin satış nöqtələrində onlara mağazaların bağlı olduğunu bildiriblər.
 
Sitat.info Modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı “Bolmart” supermarketlər şəbəkəsinin bağlandığı barədə xəbəri təsdiqləyib.
 
Bununla belə, mağazaların bağlanma səbəbi açıqlanmayıb, bunun müvəqqəti qərar olub-olmadığı da məlum deyil.
 
Qeyd edək ki, “Bolmart” supermarketlər şəbəkəsi ölkə üzrə 70-ə yaxın satış nöqtəsində xidmət göstərirdi.
 
Şirkətin SOCAR-ın keçmiş vəzifəli şəxsi, hazırda həbsdə olan Adnan Əhmədzadəyə aid olduğu iddialar da mövcuddur.
 
Xatırladaq ki, Adnan Əhmədzadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Chosen
47
9
sitat.info

10Sources