EN

Uşaqlar üçün yumurtanın faydaları

Uşaqların sağlam inkişafı üçün ən vacib qidalar arasında yer alan yumurta həm beyin, həm də bədən inkişafında mühüm rol oynayır.

 

Pravda.az bildirir ki, gündəlik rasionda bir ədəd yumurta uşaqlar üçün “tam qida” hesab olunur. Yumurta A, D, E, B12 vitaminləri, omega-3 yağ turşuları və kolinlə zəngindir. Bu maddələr uşağın sinir sistemi və yaddaş funksiyalarının güclənməsinə kömək edir.

 

Aparılan araşdırmalarda qeyd olunur ki, yumurta yeyən uşaqların boy artımı və əzələ inkişafı daha sürətli olur. Yüksək keyfiyyətli zülal tərkibi sayəsində immun sistemi dəstəkləyir və xəstəliklərə qarşı müqaviməti artırır.

 

Qidalanma mütəxəssisləri bildirirlər ki, yumurta səhər yeməyinin ən dəyərli hissəsidir: “Günə yumurta ilə başlayan uşaqlar daha uzun müddət tox qalır, dərs zamanı diqqətləri daha yüksək olur.”

 

Ancaq valideynlərə tövsiyə olunur ki, uşaqlarda hər hansı allergiya və ya həzm problemi müşahidə edilərsə, həkimlə məsləhətləşmək vacibdir.

 

Əminə Bayramova


Tarix: 28 Oktyabr 2025, 17:50   
Chosen
56
pravda.az

1Sources