EN

Azərbaycan və Serbiya birgə təlimi keçirib - VİDEO

Ajans.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib, Serbiyada keçirilən taktiki təlimdə artilleriya bölmələri tərəfindən özüyeriyən haubitsalardan və yaylım atəşli reaktiv sistemlərdən döyüş atışları icra edilib. NORA B-52 artilleriya qurğularından atəş təlimində hədəflər sərrast artilleriya atışları ilə məhv edilib, qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib. Qarşılıqlı təcrübə mübadiləsi məqsədilə keçirilən təlimdə əsas diqqət komandir heyətinin bilik və bacarıqlarının, həmçinin şəxsi heyətin səhra və praktiki vərdişlərinin artırılmasına, döyüş əməliyyatları zamanı bölmələrin fəaliyyətlərinin planlaşdırılmasına yönəldilib.
Chosen
52
31
Ajans.az

10Sources