EN

Hərbi xidmətə çağırış qaydası dəyişir: Bundan sonra...

Rusiya Dövlət Duması ildə iki dəfə deyil, bütün təqvim ili ərzində hərbi xidmətə çağırışın keçirilməsini nəzərdə tutan qanunu qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

İndiyədək Rusiyada çağırış aprelin 1-dən iyulun 15-dək və oktyabrın 1-dən dekabrın 31-dək aparılırdı. Yeni qanuna əsasən, çağırış ilboyu fasiləsiz şəkildə həyata keçiriləcək.

Sənədə görə, hərbi xidmət üçün elektron çağırışın göndərilməsindən sonra 30 gün ərzində şəxs hərbi komissarlığa müraciət etməlidir. Bu müddət pozularsa, çağırışçı çağırışdan yayınan hesab olunacaq və axtarışa veriləcək.

Chosen
30
publika.az

1Sources