EN

Maştağa Olimpiya İdman Kompleksi niyə illərdir ki, bağlıdır? – VİDEO

Bakının Maştağa qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksi artıq illərdir ki, fəaliyyət göstərmir. Vaxtilə milyonlarla manat vəsait hesabına tikilən bu obyekt hazırda baxımsız vəziyyətdə qalıb.

2001-ci ilin 29 dekabrında istifadəyə verilən kompleks uzun müddət qəsəbə sakinlərinin idman və asudə vaxtlarını səmərəli keçirmələri üçün əsas məkanlardan biri olub. Lakin son illərdə burada fəaliyyət tamamilə dayanıb.

Sakinlərin sözlərinə görə, obyektin bağlanmasına əsas səbəblərdən biri ərazidə yaranan qrunt sularıdır. Kompleksin binalarını və idman meydançalarını tez-tez su basır, bu da avadanlıqların sıradan çıxmasına, binanın konstruksiyasının zədələnməsinə gətirib çıxarıb.

Məsul qurumlardan bildirilib ki, kompleksin yenidən fəaliyyətə başlaması üçün əsaslı təmir və drenaj sisteminin yenilənməsi tələb olunur. Lakin bunun üçün kifayət qədər vəsait ayrılmadığından proses illərdir yubadılır.

Digər tərəfdən, kompleksin sonradan kommersiya qurumuna çevrilməsi də idarəetmə ilə bağlı problemləri artırıb. Nəticədə bina istifadəsiz vəziyyətdə qalaraq getdikcə baxımsız hala düşüb.
Hazırda Maştağa sakinləri ümid edirlər ki, yaxın gələcəkdə kompleks yenidən təmir edilərək qəsəbə gənclərinin ixtiyarına veriləcək.

Chosen
32
nocomment.az

1Sources