Bakı. Trend:
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin dahabir oyunu keçirilib.
Trend xəbər verir ki, MisliPremyer Liqasında çıxış edən “Turan Tovuz” II Liqa təmsilçisi“Dinamo” ilə qarşılaşıb. “Azərsun Arena”da təşkil olunan görüşTovuz klubunun inamlı qələbəsi ilə başa çatıb – 5:0. Qollarıİbrahima Vadji (2), Şəhriyar Əliyev, Ayxan Hüseynov və MuradDadaşev vurublar.
“Turan Tovuz” 1/8 finalda “Şimal” – “Şahdağ Qusar” görüşününqalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl “Kəpəz”, “İmişli”, “Karvan-Yevlax”,“Şəfa” və “Baku Sportinq” klubları növbəti mərhələyə vəsiqəqazanıblar. II raundun oyunlarına oktyabrın 29-da yekunvurulacaq.