EN

Baku TV nin əməkdaşı Müdafiə Nazirliyi tərəfindən təltif edilib

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Baku TV"nin əməkdaşı Müdafiə Nazirliyi tərəfindən təltif edilib.

Oxu.Az xəbər verir ki, jurnalist Fərdin İsazadə hərbi əməkdaşlığa görə Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Müdafiə Nazirliyi tərəfindən döş nişanı ilə mükafatlandırılıb.

Təltiflə bağlı fikirlərini bölüşən Fərdin İsazadə minnətdarlığını bildirib: "Başda cənab nazir Zakir Həsənov olmaqla, Müdafiə Nazirliyinin rəhbərliyinə və bütün əməkdaşlarına göstərdikləri diqqətə və bu mükafatla verdikləri yüksək qiymətə görə dərin təşəkkürümü bildirirəm. Bu etimad mənim üçün böyük şərəf və məsuliyyətdir."

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
51
oxu.az

1Sources