EN

Rusiyanı dəstəkləyən latviyalı keçmiş deputat həbs olundu

Riqa şəhər şurasının keçmiş üzvü İqor Kuzmuk “terrorçuluğa dolayı yardım” maddəsi ilə iki il müddətinə azadlıqdan məhrum edilib.

KONKRET.az xəbər verir ki, hökmü Riqa Apellyasiya Məhkəməsi çıxarıb.

Məlumata görə, ittihamlar Kuzmukun 100-ə yaxın abunəçisi olan Telegram kanalında Rusiya ordusu üçün vəsait toplayan başqa bir kanalın paylaşımını yayımlamasına görə irəli sürülüb.

Birinci instansiya məhkəməsi bu ilin fevralında Kuzmuka bəraət vermişdi. Lakin prokuror hökmə etiraz edərək apellyasiya şikayəti verib.

Riqa Apellyasiya Məhkəməsi prokurorun vəsatətini təmin edib və hökm elan edildikdən sonra İqor Kuzmuk məhkəmə zalında həbs edilib.

Chosen
18
3
konkret.az

4Sources