ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın "Russia Today" televiziyasının baş redaktoru Marqarita Simonyan Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunaraq Kiyevdəki Şevçenko Rayon Məhkəməsinə çağırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında məlumat verib.
Qeyd edək ki, Kremlin əsas təbliğatçılarından sayılan Simonyan Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən soyqırım, Ukraynanın ərazi bütövlüyünə qəsd, hərbi əməliyyatların təbliği kimi maddələrlə ittiham olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.