EN

“Maradona bizim üçün dahidir, Cordan, Federer, Nadal və Cokoviç isə ..."

 “İnter Mayami” və Argentina millisinin hücumçusu Lionel Messi digər idman növlərində ən böyük hesab etdiyi adları açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, ulduz oyunçu "NBC News"a verdiyi müsahibədə deyib ki, onun üçün Maradona həmişə ən böyük ilham mənbəyi olub:

“Bizim üçün Dieqo hər şey idi. Mən onun oyunlarını çox izləmişəm deyə bilmərəm, amma Maradona bütün sərhədləri aşmış bir əfsanədir.”

Messi həmçinin digər idman növlərindəki əfsanələri də qeyd edib:

“Maykl Cordan basketbolu dəyişdi. Tennisdə isə Federer, Nadal və Cokoviç – onların üçlüyü idmanı tam başqa səviyyəyə qaldırdı. Onların rəqabəti inanılmaz idi.”

Ulduz futbolçu basketbol dünyasından da sevdiyi adları açıqlayıb:

“Lebron Ceyms və Stef Karri – hər ikisi oyunu dərindən anlayır və basketbolu öz üslubları ilə yenidən formalaşdırıblar.”

Chosen
53
90deqiqe.az

1Sources