EN

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukrayna prezidenti Volodimir Zelenski Avropa Birliyindən (AB) olan müşavirlərin müharibənin bitməsi ilə bağlı planını müzakirə etmək üçün görüşlər keçirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

“Düşünürəm ki, müşavirlərimiz yaxın günlərdə görüşəcəklər. Cümə və ya şənbə günü görüşməklə bağlı razılığa gəldik. Onlar bu planın konturları haqda danışacaqlar”, – Zelenski vurğulayıb.

Qeyd edək ki, Ukrayna prezidenti Kiyev və Avropa rəsmilərinin atəşkəs planı üzərində işlədiyini açıqlayıb.

“Axios”a verdiyi müsahibədə Zelenski bildirib ki, bu, qısa və çox detalı özündə əks etdirməyən bir sənəd olmalıdır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
34
globalinfo.az

1Sources