EN

Futbol matçları ilə bağlı mərc edən türk hakimlərin adları açıqlandı

Türkiyə Peşəkar Futbol İntizam Şurası mərc oyunları ilə bağlı barəsində intizam tədbiri həyata keçirilən hakimlərin adlarını açıqlayıb. Metbuat.az xəbər verir ki, siyahıda 152 hakim yer alıb. Türkiyə Futbol Federasiya da 152 hakimin adının Peşəkar Futbol İntizam Şurasına göndərildiyini açıqlayıb. Onların arasında yüksək təbəqə hakimlər hesab olunan Egemen Artun, Mehmet Ali Özer, Melih Kurt, Muhammed Selim Özbek, Seyfəddin Alper Yılmaz, Yunus Dursun və Zorbay Küçük kimi hakimlərin də adları var.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu türk hakimlərin futbol matçları ilə bağlı mərc etdiyini açıqlamişdı. Onun sözlərinə görə, Peşəkar liqalarda fəaliyyət göstərən 571 hakimdən 371-nin mərc hesabı var. Onlardan 152-si intensiv şəkildə mərc edir.

Chosen
25
1
metbuat.az

10Sources