EN

“Çelsi”yə keçidim üçün oyun üslubu vacib oldu”

Argentina millisinin hücumçusu Alexandro Qarnaço “Mançester Yunayted”dən “Çelsi”yə keçid etməsinin səbəbini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, “Sports Illustrated” nəşri 21 yaşlı futbolçunun dediklərini belə çatdırıb.

“Klub və Mareşka ilə söhbət zamanı bizim oyun tərzimiz mənim üçün vacib idi. O, videokonfrans zamanı çox şeyi mənə izah etdi. Belə bir komandada inkişaf etmək və daha yaxşı olmaq üçün əla fürsətdir.”

Qarnaço yay transfer pəncərəsində “Çelsi”yə keçib. Onun transferi London klubuna 46 milyon avroya başa gəlib. Hazırda o, komanda ilə bütün turnirlər daxil olmaqla 7 oyunda iştirak edib və 1 qol vurub.

Futbolçunun “Çelsi” ilə müqaviləsi 2032-ci ilə qədər nəzərdə tutulub.

Chosen
34
90deqiqe.az

1Sources