Baş rollarını Devrim Özkanla Deniz Can Aktaşın canlandıracağı "Yeraltı" serialının yayım tarixi bəlli olub.
"Unikal" xəbər verir ki, bu barədə həmin serialda yer alacaq Burak Sevinç jurnalistlərə açıqlamasında bildirib.
O, hazırda layihə ilə bağlı hazırlıqların davam etdiyini və ekran işinin yanvarda izləyicilərə təqdim olunacağını qeyd edib.
Xatrladaq ki, Aktaş "Haydar Ali", Devrim "Ceylan", Uraz Kayqılaroğlu "Bozo", Burak Sevinç isə "Mərdan" obrazına həyat verəcəklər.