Türkiyədə daha bir İŞİD əleyhinə əməliyyat: 18 şübhəli saxlanılıb
Terrorla Mübarizə İdarəsi Türkiyənin şimal-qərbindəki Bursa əyalətində İŞİD əleyhinə əməliyyat keçirib. Nəticədə, barələrində həbs qərarı verilmiş 19 şübhəlidən 18-i saxlanılıb.
Şübhəlilərin evlərində aparılan axtarışlar zamanı çoxlu sayda təşkilati sənədlər və rəqəmsal materiallar müsadirə edilib. Daha bir şübhəlinin saxlanılması üçün səylər davam edir (TRT Haber).