Yeni Cənubi Uels ştatında yerləşən mədəndə baş vermiş partlayış nəticəsində bir kişi və bir qadın həlak olub. Avtosfer.az-ın məlumatına görə, bu barədə ştat polisindən bildirilib. "Bu səhər Far-Uest bölgəsindəki yeraltı mədəndə baş vermiş partlayış nəticəsində iki nəfər həyatını itirib", – deyə polis idarəsinin mətbuat xidməti açıqlama verib.
Qeyd olunub ki, xəsarət alanlardan biri şok vəziyyətində xəstəxanaya yerləşdirilib. Hadisə yerində təcili yardım xidmətləri fəaliyyət göstərir.