EN

“Fənərbağça”nın futbolçusu Almaniya klubuna keçə bilər

"Fənərbağça"nın futbolçusu Sebastyan Şimanski yanvarda komandanı tərk edə bilər. 

Bizim.Media xəbər verir ki, Bundesliqa klubları polşalı futbolçunu yaxından izləyir. Bu barədə "Sky Sport DE" məlumat yayıb.

"Fənərbağça" yaxşı təklif gəlsə, onun gedişinə mane olmayacaq.
 

Şimanski 2023-cü ildən "sarı-lacıvərdlilər"də çıxış edir. O, burada 125 oyunda 22 qol vurub və 30 məhsuldar ötürmə edib.


26 yaşlı futbolçunun müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
19
2
bizim.media

3Sources