EN

Çin qlobal nüvəsizləşdirmə prosesini dəstəkləyəcək

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Çin hökuməti bütün maraqlı ölkələrlə birlikdə qlobal nüvəsizləşdirmə prosesinə dəstək göstərəcək.

Oxu.Az xəbər verir ki, bunu Çin XİN-in rəsmi nümayəndəsi Qo Tszyakun bəyan edib.

O, brifinqdə Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi Təşkilatının (NSHQMT) Hazırlıq Komissiyasının icraçı katibi Robert Brüs Floydun oktyabrın 20-25-də Çinə baş tutan səfərinə münasibət bildirərək deyib: "Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü və nüvə silahına malik məsuliyyətli bir dövlət kimi, ardıcıl olaraq sülhə sadiq inkişaf yolu ilə irəliləyir, nüvə silahını birinci tətbiq etməmək siyasəti həyata keçirir. Pekin müvafiq özünümüdafiə strategiyasına qətiyyətlə əməl edir, öz nüvə cəbbəxanasını milli təhlükəsizlik üçün zəruri olan minimal səviyyədə saxlayır, nüvə sınaqlarına moratoriumlara ciddi şəkildə riayət edir".

Çinli diplomat bildirib ki, Çin sözügedən müqavilənin nüfuzunun qorunub saxlanılması üçün bütün əlaqədar tərəflərlə qarşılıqlı fəaliyyətdə olacaq, beynəlxalq nüvəsizləşdirmə və yayılmama rejiminin qorunub saxlanılmasına dəstək göstərəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
oxu.az

1Sources