EN

Rusiyadan qayıdan erməni müxalifətçi hava limanında həbs edildi

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ermənistan polisi Masis şəhərinin müxalifət meri David Hambardzumyanı Rusiyadan qayıdarkən İrəvanın Zvartnots hava limanında həbs edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası müxalifət lideri Narek Malyana istinadən məlumat yayıb

Malyan həbsin videosunu sosial mediada, “Təyyarənin qapısında həbs edilib” başlığı ilə paylaşıb. Mer özü isə bunu gözlədiyini bildirib.

Xatırladaq ki, Ermənistan məhkəməsi Hambardzumyanı “xuliqanlıq” ittihamı ilə qiyabi olaraq altı il üç ay həbs cəzasına məhkum edib. Hambardzumyan 2019-cu ildə açılan cinayət işi üzrə ittiham olunur və 2018-ci ildə Ermənistanın Baş naziri Nikol Paşinyanın tərəfdarlarına qarşı etirazlar zamanı silah istifadə etməkdə şübhəli bilinir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
globalinfo.az

1Sources