EN

Bu ölkədə təyyarə qəzası oldu Çox sayda ölü var

Metbuat saytından verilən məlumata görə, ain.az xəbər verir.

Keniyanın Alio bölgəsinin Tsimba məhəlləsində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Metbuat.az xəbər verir ki, paytaxt Nayrobidən təxminən 500 kilometr cənubda baş verən hadisə zamanı göyərtədə 11 nəfər olub. Məlumata görə, hadisə nəticəsində onların hamısı həlak olub. Ölənlər arasında xarici turistlərin də olduğu bildirilir. Bildirilir ki, göyərtədə 8 Macarıstan və 2 Almaniya vətəndaşı, eləcə də bir Keniyalı heyət üzvü olmaqla 10 turist olub.

Hadisənin təyyarə havaya qalxandan bir neçə dəqiqə sonra qeydə alındığı və təyyarənin meşəlik əraziyə düşdüyü qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
1
metbuat.az

10Sources