EN

Vəkil ən çox boşanan bürcləri açıqladı

Evlilik bir çox insanın ən böyük arzusu, bəziləri üçün isə həyatdakı əsas məqsədlərindən biridir. Lakin bu qədər arzulanan ailəni qoruyub saxlamaq hər zaman asan olmur. Cütlüklər arasındakı uyğunluq, evliliyin davamlılığı üçün əsas faktorlardan biridir. Məhz buna görə də bir çox insan astrologiyaya üz tutaraq hansı bürclərin daha uyğun, hansılarının isə münasibətlərdə çətinlik yaşadığını öyrənməyə çalışır.

Milli.Az xəbər verir ki, astroloqlara görə, bəzi bürclər uzunmüddətli münasibətlərə və sabitliyə daha meyilli olsa da, bəziləri boşanma və ayrılığa daha meyilli olur. Ancaq bu dəfə bu mövzuya astroloq yox, hüquqşünas öz müşahidələri ilə aydınlıq gətirib.

Son günlərdə astroloqlar əkizlər, qoç, balıq və oxatan bürclərinin uzun münasibətlərdə çətinlik çəkdiyini, boşanma ehtimalının daha yüksək olduğunu bildirmişdilər.

Lakin vəkil Elif Yanardağ, bu barədə fərqli bir yanaşma təqdim edib. O, ulduz cədvəllərinə deyil, özünə gələn boşanma işlərinin statistik məlumatlarına əsaslanaraq nəticə çıxarıb.

Yanardağ sosial media paylaşımında bunları bildirib: "Boşanma işləri üzrə ixtisaslaşmış bir vəkil olaraq açıq şəkildə deyə bilərəm ki, ən çox boşanma halları əkizlər qadınları və tərəzi kişiləri arasında baş verir.

Üstəlik, qeyd edim ki, bu iki bürcün boşanma işlərinin təxminən 90 faizi 'tam qüsurlu tərəf' kimi qiymətləndirilir."

Lalə Qüdrətova
Milli.Az

Chosen
34
4
milli.az

5Sources