EN

Azərbaycan lideri Türkiyənin Respublika Günü münasibətilə paylaşım edib

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Respublika Günü münasibətilə bir daha təbrik edib.

 

Senzor.az bildirir ki, bununla bağlı dövlət başçısı "X" hesabında paylaşım edib.

 

Paylaşımda deyilir: 

"Əziz Qardaşım, Qardaş Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram".

Chosen
53
35
senzor.az

10Sources