EN

Tramp üçüncü müddətə namizəd ola bilməyəcəyinə görə məyus olub

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp üçüncü müddətə namizədliyini irəli sürə bilməyəcəyinə görə məyus olduğunu söyləyib.

Bizimyol.info xəbr verir ki, Yaponiyadan Koreya Respublikasına gedərkən "Air Force One" təyyarəsində jurnalistlərə danışan Trampdan əvvəllər Amerika prezidenti kimi respublikaçı üçün üçüncü müddət görmədiyini bildirən Nümayəndələr Palatasının spikeri Mayk Consonun şərhlərinə münasibət bildirməsi istənilib.

"Oxuduqlarıma əsasən, üçüncü dəfə prezidentliyə namizədliyimi irəli sürməyə icazəm yoxdur. Görək nə olacaq", - deyə Tramp bildirib.

"Oxusanız, mənim namizədliyimi irəli sürməyə icazəm olmadığı sizə də aydın olar. Bunu bilməmək ayıbdır", - deyə Amerika lideri vurğulayıb.

Daha əvvəl Nümayəndələr Palatasının spikeri Trampın üçüncü müddətə namizədliyini irəli sürmək ehtimalını bir daha gündəmə gətirən açıqlamalarına münasibət bildirərkən qeyd edib ki, ABŞ Konstitusiyasına 22-ci düzəliş prezidenti iki müddətlə məhdudlaşdırır.

ABŞ Konstitusiyasına 22-ci düzəliş 1951-ci ildə qəbul edilib. Tramp 2024-cü ilin noyabr seçkilərində qalib gəlib. O, Demokrat Partiyasının namizədi Kamala Harrisi məğlub edib. Tramp ilk dəfə 2017-ci ildən 2021-ci ilə qədər ABŞ-ın dövlət başçısı vəzifəsində çalışıb.

O, 2016-cı il seçkilərində Demokratlar Partiyasının prezidentliyə namizədi Hillari Klintona qalıb gəlmişdi.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
bizimyol.info

1Sources