İlham Əliyev Türkiyənin Respublika Günü münasibətilə paylaşım edib
                    
                        Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında Türkiyənin Respublika Günü münasibətilə paylaşım edib. 1news.az xəbər verir ki, paylaşımda deyilir:   "Əziz Qardaşım, Qardaş Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram". 
                        
                    
                    
                
                
                
             
         
        
     
 
 
 
         
        
        
        
        
