Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Respublika Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
ONN media xəbər verir ki, paylaşımda deyilir:
"Əziz Qardaşım, Qardaş Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram".