EN

"Dövlətçiliyimizin tarixi ağır sınaqlar və parlaq qələbələrlə zəngindir"

Azərbaycan dövlətçiliyinin tarixi ağır sınaqlar və parlaq qələbələrlə zəngindir.

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında spiker Sahibə Qafarova deyib.

Spiker bildirib ki, 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra qəbul edilən Azərbaycan konstitusiyanının qəbulundan 30 il keçir  və bu gün 30 illiyə həsr olunan  beynəlxalq konfrans dərin rəmzi məna daşıyır. 

Spiker əlavə edib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əzmlə həyata keçirdiyi tarixi missiya müasir dövlətin əsaslarını yaratmağa imkan verib: “Onun rəhbərliyi ilə hazırlanmış Konstitusiya hakimiyyət bölgüsü prinsiplərini müəyyən etdi, insan hüquqları və azadlıqları üçün təminatlar yaratdı. Konstitusiyamız həm də gələcəyə inam və quruculuq dövrünün simvoludur. Ölkəmizin beynəlxalq missiyada tanınan ərazilərimizin 20 %-i Ermənistanın işğalı altında olub. Ölkəmizin əsas qanunu silahlı təcavüzə son qoymaq və sülh yaratmağın təməlində dayanıb. Azərbaycan özü beynəlxalq hüququn qüvvəsini bərpa edib. Dövlətimizin ərazi bütövlüyü və suverenliyinin bərpası ilə Konstitusiyada müəyyənləşmiş prinsiplər öz təsdiqini tapdı”.

O qeyd edib ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 22 il Azərbaycanın inkişafı və ölkəmizin hüquqi, mənəvi əsasları təmin edilib: “2020-ci ilin Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin edilib. Bununla da ölkə ərazisi üzərində konstitusiya quruluşu bərqərar olunub”.

Mürtəza

Chosen
39
2
olke.az

3Sources