EN

50 kq arıqlayana "Porsche Panamera" veriləcək - İdman zalından qəribə təklif

Çinin Şandun əyalətinin Binzhou şəhərindəki bir idman mərkəzi sosial mediada elan etdiyi "həddindən artıq arıqlama yarışması" ilə gündəmə gəlib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, elanda üç ay ərzində 50 kiloqram arıqlamağı bacaran hər kəsə mükafat olaraq "Porsche Panamera" veriləcəyi bildirilib. 

İdman zalı yarışın real olduğunu təsdiqləyib. Coach Wang adlı təlimçi Çin mediasına "Yarış başlayıb və indiyə qədər yeddi və ya səkkiz nəfər qeydiyyatdan keçib. Biz onu 30 nəfərlə məhdudlaşdırdıq. Kvota dolduqdan sonra qeydiyyat bağlanacaq" deyib. 

Bu, çinli həkimlərin narahatlığına səbəb olub. Tanınmış tibb xadimi Dr. Zenq Weibo bildirib ki, "Gündə yarım kilo arıqlamaq çox sürətlidir. Bu templə siz yağ yox, əzələ itirirsiniz. Qadınlarda hormonal balanssızlıq, saç tökülməsi, menstruasiyanın kəsilməsi kimi ciddi sağlamlıq problemləri yarana bilər. Təhlükəsiz arıqlamaq həftədə 0,5 kilodur".

Başqa bir mütəxəssis, Şaansi Əyalət Xalq Xəstəxanasından Dr. Pu Yansonq sürətli arıqlamanın orqanlara həddindən artıq yük gətirdiyini və bəzi hallarda ölümcül ola biləcəyini qeyd edib.

"Sağlam arıqlama prosesi beyin, əzələ və orqanların yeni enerji balansına uyğunlaşması üçün kifayət qədər yavaş olmalıdır", - o, ifadəe dib. 

Chosen
37
1
unikal.az

2Sources